Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub

Oxunma vaxtı:33 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib.

Prezident “X” sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.

Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub.

Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.

Loading

Next Post

Sumqayıtda tekstil müəssisəsi yanır

Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib. Hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan müəssisədə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır. İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının […]