Paşinyan: Cənubi Qafqaz ölkələri öz təhlükəsizliklərinin qeydinə özləri qalmalıdır

Əgər Cənubi Qafqaz dövlətləri öz təhlükəsizliklərinin qeydinə özləri qalmasalar, yeni geosiyasi sarsıntılar onlara rəhm etməyəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, azı son 100 il ərzində Ermənistan və Azərbaycan bir-biri ilə qarşılıqlı əlaqədə olub. Bir əsr sonra region yenə də […]

Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək

Martın 23-24-də Daşkənddə beynəlxalq İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək. “Report” bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. “Özbəkistan və İtaliyanın kənd təsərrüfatı nazirliklərinin təşəbbüsü ilə martın 23-24-də Daşkənddə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə “Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma” mövzusunda beynəlxalq aqrobiznes […]

Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və oradan əldə ediləcək məlumatların dairəsi təsdiqlənib

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi” təsdiq edilib. YBaş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı […]

İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır

Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. İlham Əliyev vurğulayıb ki, Ermənistanla sülh əbədi olaraq bağlanıb: “Biz 7 ay ərzində xüsusilə ticarətdə nəhəng potensial gördük. Biz sülhə yalnız kağız […]

Rəqəmsal “yaddaş aclığı”: Mümkün ssenarilər və Azərbaycana təsiri – TƏHLİL

Texnologiyalar gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilərək iş proseslərimizi köklü şəkildə dəyişib. Əvvəllər manual qaydada həyata keçirilməsi saatlar, bəzən isə günlərlə vaxt tələb edən məlumat analizini bu gün mürəkkəb proqram vasitələri ilə saniyələr içərisində reallaşdırmaq mümkündür. Məlumatların analizi prosesində əsas komponentlərdən biri operativ yaddaşdır (RAM). Sərt disklərdən (HDD/SSD) fərqli olaraq, […]

Ölkə üzrə pensiyalar tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar […]

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev martın 11-də Bakı şəhəri Sabunçu rayon prokurorluğunun inzibati binasında Sabunçu rayonundan olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 20 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları […]

KİV: Baltik və Şimal ölkələri Ukraynanı dəstəkləməyə hazırdır

Baltik və Şimali Avropa regionları ölkələri, Macarıstan və Slovakiya tərəfindən Avropa İttifaqının (Aİ) vəd etdiyi 90 milyard avro məbləğindəki kreditin bloklanmasına baxmayaraq, ən tez bu ilin ortalarına qədər Ukraynanın sabitliyini qorumaq üçün ona lazımi həcmdə vəsait yönəltməyə hazırdırlar. Bu barədə mənbələrə istinadən “Politico” məlumat yayıb. “Əgər hər iki ölkə güzəştə […]

Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi bəyənilib

Milli Məclisin Toponimiya Komissiyası Qubanın üç kəndinin adının dəyişdirilməsini məqsədəmüvafiq hesab edib. Bununla bağlı qərar komissiyanın bugünkü iclasında verilib. İclasda çıxış edən komissiyanın sədri İsa Həbibbəyli ölkə ərazisində vaxtilə süni şəkildə dəyişdirilən, müxtəlif dövrlərdə məkirli məqsədlərlə saxtalaşdırılmış 40-dan artıq yer adının Toponimiya Komissiyası tərəfindən bərpa edildiyini söyləyib. Qeyd olunub ki, […]

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib

Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Nazir məktəbdə yaradılmış şərait və tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb. Daha sonra məktəbin STEAM mərkəzinə […]