Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli […]

Pezeşkian Trampın tənqidindən sonra Papa XIV Leo ilə həmrəyliyini bildirib

İran Prezidenti Məsud Pezeşkian Roma Papası XIV Leo ilə həmrəyliyini ifadə edib. Bu barədə Pezeşkian “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Papa XIV Leo həzrətləri, mən böyük İran xalqı adından sizin (ABŞ prezidenti Donald Tramp tərəfindən – red.) təhqir edilmənizi pisləyirəm və bəyan edirəm ki, sülh və qardaşlıq peyğəmbəri – İsanın […]

Xalq artisti Maqsud Məmmədov vəfat edib

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib. Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə […]

Kamran Əliyev Çinə rəsmi səfərə gedib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib. […]

İmişlidə avtomobillər toqquşub, dörd nəfər xəsarət alıb

İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan dörd nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

XIV Leo: Donald Trampla polemikaya girmək istəmirəm

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına tənqidlərinə münasibət bildirib. AFP-nin xəbərinə görə, Əlcəzairə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib. “Mən onunla (Trampla) polemikaya girmək istəmirəm. Mesaj eynidir – sülhü təşviq etmək”, – Roma Papası əlavə […]

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanda aprelin 14-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]

Bakıda daha iki ərazidə yollar təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, təmir işləri ümumi hərəkətə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və […]