Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə bölgələr üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

Tailandın cənubundakı Narathivat əyalətində baş verən silahlı hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, ikisi uşaq olmaqla 6 dinc sakin isə yaralanıb. Bu barədə Tailand Silahlı Qüvvələrinin Daxili Təhlükəsizliyin Təminatı üzrə Əməliyyatlar Komandanlığı məlumat yayıb. Hərbçilərin məlumatına görə, çərşənbə günü axşam saatlarında 10-a yaxın silahlı şəxs yol yaxınlığındakı […]

UEFA Konfrans Liqası: “Zirə” Estoniyada “Payde” ilə üz-üzə gələcək

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə üz-üzə gələcək. Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da Pyarnu şəhərindəki “Rannastaadion”da start götürəcək. Komandalar arasındakı ilk görüşü moldovalı referi Roman Jitari idarə edəcək. Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85 % artaraq 100,56 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 94,17 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulatortibb məntəqələrində yeni […]

Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazındakı gəmilərə hücumları davam etdirəcəyi təqdirdə İranı ölkənin infrastruktur obyektlərinə zərbələr endirməklə hədələyib. Bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb. “Bundan sonra İran hər dəfə Hörmüz boğazındakı gəmini raket, pilotsuz uçuş aparatı və ya istənilən digər qurğu, yaxud […]

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda – ŞƏRH

Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan iqtisadiyyatının əsaslarındandır. Bu müəssisənin ətraf mühitə vurduğu ziyan haqqında çoxsaylı hesabatlar yazılıb. Ancaq indiyədək bu məsələ diqqətdən kənarda qalıb. Bu günlərdə Ermənistanın Təbiətin və Yerin təkinin mühafizəsi üzrə təftiş orqanı Zəngəzur vilayətinin Qafan şəhərində sarı-narıncı rəngli yağış suyunun axması ilə bağlı mümkün cinayət barədə ölkənin Baş […]

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun 23-də 39 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 […]

Azərbaycan və Gürcüstan arasında “E-Permit” sisteminin tətbiqinə başlanılıb

Azərbaycan və Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (“E-Permit”) sisteminin tətbiqinə başlanılıb.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb Məlumata görə, razılaşmaya uyğun olaraq, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu mayın 1-dən sistemin inteqrasiyası istiqamətində texniki […]