Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85 % artaraq 100,56 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 94,17 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,88 ABŞ dolları və ya 1,98 % artaraq 96,69 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə üz-üzə gələcək. Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da Pyarnu şəhərindəki “Rannastaadion”da start götürəcək. Komandalar arasındakı ilk görüşü moldovalı referi Roman Jitari idarə edəcək. Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.