Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edərək yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha təsdiqləyir. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan […]
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, […]
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi eyni adlı QSC-yə çevrilib. Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, səhmdar cəmiyyəti Bakıdakı Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi üzrə fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir. Paytaxtdakı […]
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Formula 1 yarışının keçirilməsi ilə əlaqədar viza prosedurunun sadələşdirilməsi ilə əlaqədar Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən yarışa gələn şəxslər müvafiq sənədi təqdim etdikdən sonra 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Viza üçün təqdim olunmalı sənədlər siyahısına […]
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna […]
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət […]
Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu
Avqustun 21-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Şükufə Yusupova ailə üzvlərinin könüllü müraciəti əsasında avqustun 24-də Yeni Klinikaya […]
Koçaryanla Sarkisyana cinayət işi açıldı – hər ikisi istintaqa aparıldı
Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti – Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, cinayət işi avqustun 24-də başlanıb. İş üzrə ittihamlar yalnız keçmiş prezidentlərlə məhdudlaşmır. İttiham olunan şəxslər arasında Robert Köçəryanın […]
Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək
“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol […]
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
Bu axşam saat 20:45-də “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə “Bakı Metropoliteni” məlumat yayıb. Məlumata görə, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat […]