Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

DogruSozTv Az
Oxunma vaxtı:31 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Cəbrayılda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək təşkil edəcək.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edərək yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha təsdiqləyir. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan […]