Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq

Oxunma vaxtı:19 Saniyə

Nazirlər Kabineti “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi) əlavə edilib. 

Loading

Next Post

Ərdoğan ABŞ-nin qərarını tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Fələstin diplomatlarının vizalarının ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Bu barədə Türkiyə lideri Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.