Kiyev regionunun Borispol bölgəsində partlayış səsləri eşidilib. Bu barədə Ukrayna mediası Hərbi Hava Qüvvələrinə istinadən xəbər yayıb. Borispol bölgəsinə təxminən 7 raketin atıldığı bildirilir. Raketlərin dəqiq hədəfi və nəticələr barədə məlumat yoxdur.
Azərbaycan nefti cüzi bahalaşıb
Mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir. Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.(“Report” […]
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir. Mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir. Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Nurani avqustun […]
Bazar günü 40 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında […]
Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb
[center][img]https://azadmedia.az/uploads/posts/2026-08/1787384839_screenshot-2026-08-22-114556.png[/img][/center]Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və propan daşıyan 10 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək […]
Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib
Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib, nəticədə “Ukrzaliznitsya”nın əməkdaşı həlak olub. Bu barədə “Ukrzaliznitsya” SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski “Facebook”da bildirib. Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib. “Bir işçi – briqadir hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ […]
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinnin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Təkanların dərinliyi 63 km, maqnitudası 3,3 olub.
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
Misli Premyer Liqasının II turuna bu gün start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Qəbələ” evdə “Şəfa” ilə üz-üzə gələcək. Saat 18:30-da start götürəcək qarşılşamanı İnqilab Məmmədov idarə edəcək. Günün son matçında “Zirə” doğma arenada “İmişli”ni qəbul edəcək. Əli Əliyevin baş hakim olacağı görüş saat 20:45-də başlayacaq. […]
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqust 21-də mina partlayışı hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya […]
Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Avqustun 28-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (051-280-85-15) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn […]