Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Xocavənd rayonunun Düdükçü kəndi ərazisində avqust 21-də mina partlayışı hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı R.Şirinov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Loading

Next Post

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Misli Premyer Liqasının II turuna bu gün start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Qəbələ” evdə “Şəfa” ilə üz-üzə gələcək. Saat 18:30-da start götürəcək qarşılşamanı İnqilab Məmmədov idarə edəcək. Günün son matçında “Zirə” doğma arenada “İmişli”ni qəbul edəcək. Əli Əliyevin baş hakim olacağı görüş saat 20:45-də başlayacaq. […]