Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş alim və hərbi xadim, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulacaq. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. İşin icrası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti fonunda Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşlara bir daha təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Nazirliyin rəsmisi, kapitan Fərd İlhamoğlu saytımızın sorğusuna cavab olaraq bildirib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə uşaqlar və yeniyetmələr arasında qeyri-çimərlik ərazilərində və təhlükəli su hövzələrində çimmə […]

UEFA Çempionlar Liqası: “Sabah” – “Orhus” matçının hakimləri müəyyənləşib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Orhus” (Danimarka) matçının hakimləri müəyyənləşib. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Juan Pineyruya, Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək. Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre […]

SEPAH Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə yeni zərbələr endirəcəyini vəd edir

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki obyektlərinə zərbələr endiriləcək. Bu barədə İran mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. SEPAH-ın bəyanatında həmçinin “İranın rəqiblərinə” dəstək verən region ölkələrini xəbərdar edib ki, öz siyasətlərini dəyişməsələr, Tehranın sərt cavabı ilə üzləşəcəklər. Bundan əlavə, SEPAH-dan bildirilib ki, ötən gecə iki neft […]

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 %-i) dolub. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 %-dən çoxu dolub: “Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır. Qəbul proqramları üzrə […]

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş […]

Əhməd Davudoğlu siyasətdən getdi

Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb. O bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Məsələ ilə bağlı yazılı bəyanat yayan 67 yaşlı Ə.Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə də son verildiyini bildirib. Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin […]

Qobu-Lökbatan yolunda ağır qəza – İki futbolçu öldü

Ötən gün Qobu-Lökbatan yolunda ağır yol qəzası baş verib.Minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər, “Ford”un sürücüsü isə yaralanıb. Qəzada ölən B. Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olublar.

CHP-li bələdiyyə sədri saxlanıldı

Türkiyənin Ankara şəhərinin Etimesqut rayonunda korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb. Əməliyyat korrupsiya ittihamları üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib. Məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Erdal Beşikçioğlu saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, Erdal Beşikçioğlu 2024-cü […]