Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib. Bu rəqəm kişilər üçün 2021-ci iyunun 30-da tamamlanıb. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun […]
Azərbaycan – İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür
Bu gün Azərbaycanla İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabında paylaşım olunub. “Bu gün Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının ildönümüdür. Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərdə bu mühüm mərhələ münasibətilə səmimi təbriklərimizi çatdırırıq”, – paylaşımda qeyd olunur.
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib. Məktubda bildirilib: “Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz […]
Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub. Bu barədə Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan […]
Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
İyulun 3-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun MəmmədovLerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə nazirlik məlumat yayıb. Qəbulda iştirak etmək istəyən bu rayonların sakinləri DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng […]
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Nazirlər beynəlxalq və regional […]
İyulun ilk gününə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi […]
Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır
Ali Məhkəmə cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə qərar Ali Məhkəmədə baxılan iş əsasında qəbul olunub. İşin hallarına görə, birinci instansiya məhkəməsinin hökmü […]
Milli Məclis Azərbaycanın “Metrik Konvensiya”ya qoşulmasını ratifikasiya edib
Milli Məclis Azərbaycanın “Metrik Konvensiya”ya qoşulmasını ratifikasiya edib. Konvensiyanın təsdiqi haqqında qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub. Deputatların müzakirəsindən sonra “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) – ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, […]
Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək
Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.