Şəki ŞRPŞ DYPB-nin sabiq təbliğat və təşviqat üzrə inspektoru ( mətbuat katibi ) , Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İB-nin üzvü, təqaüddə olan polis veteranı, ehtiyatda olan polis zabiti, ictimai fəal Tural Niftalıyev xalqımızı belə təbrik etdi :Hörmətli həmvətənlər, qalib xalqın qalib vətəndaşları, Sizi milli və […]
Hindistan Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: “Zati-aliləri. Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi yetirirəm. Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. […]
Vətəndaşlar üçün təcili kreditləşmə alətlərinin tətbiq edilməsi planlaşdırılır
2027–2029-cu illər ərzində Azərbaycanda az miqdarda nağd pula ehtiyacı olan fiziki şəxslər üçün qısamüddətli təcili kreditləşmə alətlərinin təşviq edilməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Plan çərçivəsində qısamüddətli təcili kreditləşmə üzrə cari vəziyyət təhlil ediləcək, hüquqi […]
Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb
Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb. “Tengrinews” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb. Kimyəvi işlər aparan təyyarənin elektrik xətlərinə toxunduğu bildirilir. Təyyarədə iki ekipaj üzvü olub. Hadisə nəticəsində bir pilot ölüb. İkinci pilot Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.
Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar
Ölkəyə narkotik vasitə gətirənlər saxlanılıb. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvarda rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilənümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəlcədən ötürülən lokasiya vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan […]
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.57 ABŞ dolları və ya 3,24% azalaraq 106.48 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110.05 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 […]
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar
Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıb, “hacı” adını qazanıblar.Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Həccdə olan zəvvarlar çox rahatdırlar: “Bütün ziyarətlərini uğurla davam etdirirlər. Həmişə zəvvarlarımız arasında müəyyən çətinliklər və ya səhhət problemləri olurdu. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı. Şükürlər olsun […]
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə sosial media hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”.
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:
Azərbaycanda Qurban bayramı qeyd edilir
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a […]