Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır

Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb. Belə ki,rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalından aşkarlanıb. Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil […]

Zelenski: Ukraynada Rusiyanın zədələmədiyi bir dənə də olsun elektrik stansiyası qalmayıb

Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında bildirib. “Artıq dörd uzun ildir ki, Rusiya çoxlu sayda ballistik raketdən istifadə edir və hücumlar həyata keçirir. Zərbələrin əksəriyyəti bizim elektrik stansiyalarımıza və digər kritik infrastruktura yönəlib. Ukraynada Rusiya zərbələri […]

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatıb – YENİLƏNİB

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatıb, 5-i azyaşlıdır. “Report”un yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva deyib ki, xəstəxanaya daxil olarkən azyaşlıların vəziyyəti çox ağır qiymətləndirilib. Pəri Əliyeva bildirib ki, onlar reanimasiya şöbəsinə yerləşdirilib: “Hazırda uşaqların vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir və müalicələri reanimasiya […]

Müdafiə Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclası olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı […]

Rubio: ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər

ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər və indi bu faktları etiraf etməyə, irəliləməyə və itirilənləri bərpa etməyə borcludurlar. Bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib. “Digər ölkələr hərbi güclərini misli görünməmiş sürətlə artırdığı və maraqlarını irəli çəkmək üçün güc tətbiq etməkdən çəkinmədiyi bir vaxtda, […]

Biləsuvarda transformator partlayıb, rayon mərkəzinin bir hissəsi işıqsız qalıb

Biləsuvar şəhərində transformatorda partlayış olub. Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə əriyən qarın suları səbəb olub. Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb. Ərazidə təmir-bərpa işləri aparılır. Bu işlərdən sonra işığın bərpası gözlənilir.(Report)

Bazar günü yağış yağacaq – PROQNOZ

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° […]

Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb. Nazirin digər Əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi. Xatırladaq ki, Ədalət […]

İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var

İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib. Bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib. Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.