Prezident İlham Əliyev: Bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 30 ilə yaxın müddət ərzində əmri gözləyirdi, Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Və həyat bunu […]

Baş Prokurorluq koronavirus xəstələrinə xəbərdarlıq edib

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına […]

İcra başçısın həbs səbəbi məlum oldu: Şəhid ailəsindən rüşvət alıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovu həbs edib. 2018-ci ilin fevralın 6-da bu posta təyinat alan Namiq Zeynalov rüşvət alarkən tutulub. Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır. Namiq Zeynalovun həbsi başçıların rüşvət və korrupsiya […]

İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi – Politoloq

Robert Koçaryan, Serj Sarkisyan Azərbaycan dövlətinə, xalqına, günahsız dinc əhaliyə qarşı qətillər törətmiş hərbi cinayətkarlar, canilərdir. Bununla yanaşı, onlar hakimiyyətdə olduqları dövrdə öz dövlətinə, mənsub olduğu xalqa qarşı da saysız-hesabsız cinayətlər törədiblər. Ermənistana 20 il müddətində belə hərbi canilər, kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər. Ermənistanın hal-hazırda düşdüyü rəzil durumun səbəbkarları […]

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı – RƏSMİ (FOTO/VİDEO)

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan […]

İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib

İraq Türkmən Cəbhəsinin sədri Erşat Salihidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Hörməli cənab Prezident. Otuz ilə yaxın işğal altında olan Qarabağ bölgəsini azad etmək məqsədilə qəhrəman Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatının uğurla aparılmasının şahidi olduq. Sizin həm siyasi və diplomatik müstəvidə apardığınız […]

Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib. Doğrusöztv.Az-ın məlumatına görə, Operativ Qərargahdan bildirilib ki, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda […]

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Cari ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin […]

Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)

Biz 3 840 metrlik Murov dağını keçəndə Kəlbəcərin nəfəs kəsən gözəlliyi məni heyrətə gətirdi. Doğrusöztv.Az-ın məlumatına görə, bunu İran əsilli məşhur fransalı jurnalist Rza Diqqəti öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, bölgədə keşikdə dayanan Azərbaycan əsgərləri ona müharibəni və buranın erməni qoşunları tərəfindən 30 ilə yaxın işğalda saxlanılmasını xatırladıb: […]