Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi – Politoloq

Oxunma vaxtı:1 Dəqiqə, 43 Saniyə

Robert Koçaryan, Serj Sarkisyan Azərbaycan dövlətinə, xalqına, günahsız dinc əhaliyə qarşı qətillər törətmiş hərbi cinayətkarlar, canilərdir. Bununla yanaşı, onlar hakimiyyətdə olduqları dövrdə öz dövlətinə, mənsub olduğu xalqa qarşı da saysız-hesabsız cinayətlər törədiblər. Ermənistana 20 il müddətində belə hərbi canilər, kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər. Ermənistanın hal-hazırda düşdüyü rəzil durumun səbəbkarları da məhz bu canilərdir. Onlar Ermənistan dövlətinin təməllərini terror və cinayət üzərində qurublar.

Aydın görünən mənzərə odur ki, Paşinyan kənardan idarə edilən marionet bir fiqurdur. Diqtə ilə hərəkət edir və hal-hazırda öz canını erməni xalqının qəzəbindən qurtarmaq barədə düşünür. Belə olan məqamda Vətən müharibəsində Cənab Prezident İlham Əliyev sadəcə Paşinyanı, Ermənistanı diz çökdürmədi. Uzun illər Ermənistana rəhbərlik etmiş, torpaqlarımızı dağıtmış, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətmiş cəlladlara, cinayətkarlara-Koçaryana, Sarkisyana dərs verdi, onları, onların ordusunu məhv etdi.

Cənab Prezident İlham Əliyevin qətiyyətindən, əzmindən, şanlı Azərbaycan Ordusunun gücündən qorxan Koçaryan və Sarkisyan bir dəfə də olsun Dağlıq Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər, qaçdılar. Döşlərinə taxdıqları saxta “qəhrəman” ordenləri, dəmir-dümürləri də köməklərinə gələ bilmədi. Terrosit, cani Koçaryan, Sarkisyan tarix boyu lənətlənəcək, adları hərbi cinayətkar kimi xatırlanacaq. Cənab Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqı isə məğlubedilməz və qürurlu xalq kimi bilinəcək.

Müəyyən qüvvələrin köməyilə meydan dalğası nəticəsində hakimiyyətə gələn Paşinyanın indiki məqamda nə edəcəyi, aqibətinin necə olacağı bəlli deyil. Cənab Prezident İlham Əliyev dəfələrlə erməni xalqına baş verənlərdən nəticə çıxarmalı olduqlarını deyib. Eyni zamanda, ölkə başçımız Paşinyandan sonra hakimiyyətə gələcək qüvvələrin konstruktiv siyasət yürütdükləri halda onlarla siyasi dialoq qurmağa hazır olduğunu, bölgəyə sülh və təhlükəsizliyin gəməli olduğunu da bildirib. Əgər gələcək yeni rəhbərlik da özlərindən əvvəlkilərin yolu ilə getsə, onlar Ermənistanı daha pis günə salacaqlar. Odur ki, ermənilər bütün bunlardan nəticə çıxarmalı, murdar xislətlərindən əl çəkməli və region dövlətləri ilə ədavətə və düşmən münasibətə son qoymalıdırlar.

Ümumiyyətlə, ermənilər illər ərzində özlərinə ağıllı, təfəkkürlü bir rəhbər seçə bilməyib. Azərbaycan isə dünya siyasi arenasında fenomen siyasətçi kimi qəbul olunan Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu peşəkarlıq və incəliklə realizə edən, düşməndən torpaq azad edən müzəffər Ali Baş Komandan İlham Əliyev kimi iki dahi şəxsiyyət yetişdirib.

Şəbnəm HƏSƏNOVA
Politoloq

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.