BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək

Oxunma vaxtı:24 Saniyə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşmüş şəxsləri müdafiə edəcək.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə BMT QAK-dan bildiriblər.

Qeyd olunub ki, BMT QAK noyabrın 10-da Dağlıq Qarabağ regionunda döyüş əməliyyatlarına son qoyan atəşkəs razılaşmasını alqışlayır:

“Qaçqınlarla iş üzrə BMT agentliyi olaraq biz 1990-cı illərdən regionda məcburi köçkünlərə dəstək göstərilməsi ilə məşğuluq. Mandat üzrə öhdəliklərimizə uyğun olaraq bütün tərəflərlə məsləhətləşməklə biz münaqişə nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcəyik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir - Alim

Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib. Onun sözlərinə görə, tarixi-coğrafi baxımdan Kəlbəcər hər zaman Azərbaycan ərazisində formalaşmış dövlətlərə bağlı olub. […]