Baş Prokurorluq koronavirus xəstələrinə xəbərdarlıq edib

Oxunma vaxtı:28 Saniyə

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.

Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici video hazırlanıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 30 ilə yaxın müddət ərzində əmri gözləyirdi, Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Və həyat bunu […]