Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)

Oxunma vaxtı:39 Saniyə

Biz 3 840 metrlik Murov dağını keçəndə Kəlbəcərin nəfəs kəsən gözəlliyi məni heyrətə gətirdi.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu İran əsilli məşhur fransalı jurnalist Rza Diqqəti öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bölgədə keşikdə dayanan Azərbaycan əsgərləri ona müharibəni və buranın erməni qoşunları tərəfindən 30 ilə yaxın işğalda saxlanılmasını xatırladıb:

“1993-cü ildə on minlərlə dinc sakin qaçqına çevrildi. Soyuq qış günündə onlar bu dağları keçmək məcburiyyətində qaldı. Erməni əsgərləri onların əşyalarını, qadınların zinət əşyalarını, ayaqqabılarını alırdı. Sağ qalmaq üçün onlar dağı aşmalı idilər, amma yalın ayaqla bu, ölüm hökmünə bərabər idi. Bölgə yenicə azad edilib və ermənilər buranı evləri yandırmaqla, təbiəti məhv etməklə və heyvanları öldürməklə tərk edib. Mən Murov dağına ona görə getdim ki, bütün baş verənləri və sadəcə təbiətin sonsuz gözəlliyini seyr edim”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Cari ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin […]