Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Prezident İlham Əliyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Bununla bağlı sənəd bu il iyunun 25-də Cenevrə şəhərində və iyulun 11-də Bakı şəhərində imzalanıb.

Sənəddə Azərbaycan hökumətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmsil edib.

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı noyabrın 17-dən 28-nə qədər baş tutacaq.

Loading

Next Post

Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) ilə görüşüb. Bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, görüş çərçivəsində Azərbaycanın artmaqda olan regional rolu, ikitərəfli münasibətlər, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Ukrayna, regional inkişaflar barədə […]