ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

ABŞ Hörmüz boğazını yox, İranın limanları və sahil xəttini blokadada saxlayır. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib. O qeyd edib ki, ABŞ qüvvələri Sakit okeanda İran bayrağı altında üzən istənilən gəmini və ya İrana maddi dəstək verməyə cəhd edən hər hansı bir gəmini aktiv […]

Türkiyədən mühüm addım – 3 ölkə ilə ittifaq yaradılır

Türkiyə Pakistan, Səudiyyə Ərəbistanı və Misirlə regional təhlükəsizlik platformasının yaradılmasını müzakirə edir. Tərəflər bu həftə Antalya Diplomatiya Forumu çərçivəsində danışıqlar aparmağa hazırlaşır. Məqsəd regional təhlükəsizlik məsələləri üzrə müntəzəm və strukturlaşdırılmış əməkdaşlıq qurmaqdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, regiondakı ölkələr bir-birinin suverenliyini və təhlükəsizliyini təmin etməyə öhdəlik götürməlidirlər. […]

Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb

Livan Prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlar üçün atəşkəsin bərqərar olmasının vacibliyini vurğulayıb. “Al Jazeera“nın xəbərinə görə, Aun atəşkəsin birbaşa danışıqlar üçün başlanğıc nöqtəsi olacağını bildirib. Prezident hökumətin Livanın cənubunda və bütün bölgələrdə eskalasiyanı dayandırmaqda maraqlı olduğunu deyib. O, İsraillə baş tutacaq potensial danışıqlarda yalnız hökumət üzvlərinin iştirak edəcəyini əlavə […]

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. “Mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 […]

MN-in Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisinin məhkəməsi başlayıb

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verib. Bildirib ki, müvəkilinin […]

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edən əsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb (www.rdmis.gov.az). Bu barədə Maliyyə Nazirliyi məlumat yayib. Məlumata görə, RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu və digər maliyyə prosesləri inteqrasiya olunmuş şəkildə idarə olunacaq. Bu yanaşma […]

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib. Bu barədə Dövlət Sosial Müdafiə Fondun məlumat yayıb. Məlumata görə, bu, proqnozla müqayisədə 9 % və yaxyd 183 milyon manat çoxdur. Fondun gəlirlərinin tərkibində məcburi dövlət […]

Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb

Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 14 nəfər həlak olub, 100 nəfər yaralanıb. Bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat verib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, gecə saatlarında Kiyevə raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 54 nəfər yaralanıb. Odessa Vilayət Hərbi […]