İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib

Milli Məclis böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması təklifini birinci oxunuşda qəbul edib. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə görə, bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması […]

Azərbaycanlıların olduğu gəmilər vuruldu: 5 ölü, 6 yaralı

Rusiyanın Krasnodar diyarının Qara dəniz sahillərində pilotsuz uçuş aparatlarının (PUA) tanker və yük gəmilərinə hücumu nəticəsində 5 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Bu barədə mənbəyə istinadən “İzvestiya” məlumat yayıb. Məlumata görə, dronlar Taqanroq körfəzində tanker və iki quru yük gəmisini hədəfə alıb. Hücumun yerli vaxtla saat 05:00 radələrində […]

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib.Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. “2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda […]

İyunun 8-i keçiriləcək qəbul imtahanında indiyə qədər 28 mindən çox abituriyent qeydiyyatdan keçib

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi 2026-cı il iyunun 8-dək aparılacaq. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil […]

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.Gün ərzində “Tağıyev. Neft” bədii və “Cənnət yuxusu” bədii-sənədli filmlərinin nümayişi, həmçinin Xalq şairi Səməd Vurğunun ədəbi-bədii irsinə həsr olunmuş məruzə və bir neçə sərginin təqdimatı nəzərdə tutulub. Axşam saatlarında isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konserti təqdim olunacaq. Mədəniyyət günləri üç gün […]

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. Binəqədi şosesi, […]

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Mətndə deyilir: “Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi […]

“BP-Azerbaijan”: “Şahdəniz”də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Hazırda “Şahdəniz” yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir. Bu barədə layihənin texniki operatoru olan “BP-Azərbaycan” şirkətinin məlumatında bildirilib. “Hazırda yataqdan qaz hasilatı “Şahdəniz-1” və “Şahdəniz-2″ layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə […]