“BP-Azerbaijan”: “Şahdəniz”də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Oxunma vaxtı:45 Saniyə

Hazırda “Şahdəniz” yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir.

Bu barədə layihənin texniki operatoru olan “BP-Azərbaycan” şirkətinin məlumatında bildirilib.

“Hazırda yataqdan qaz hasilatı “Şahdəniz-1” və “Şahdəniz-2″ layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir”, – məlumatda vurğulanıb.

Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir.

“Mövcud “Şahdəniz” obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür”, – məlumatda bildirilib.

“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİCO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).

Loading

Next Post

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Mətndə deyilir: “Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi […]