Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)

Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub. Doğrusöztv.Az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən […]

Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Doğrusöztv.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş […]

Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan müsəlmanlarının coğrafi cəhətdən dövlətinizin də daxil olduğu Avropanın müsəlman icmasının bir hissəsi olduğunu nəzərə alaraq, Avropadakı bütün müsəlmanların maraqlarını təmsil edən ümumavropa platforması olan Avropa […]

Hikmət Hacıyev, diplomatik nümayəndələr və “Qarabağ” klubu Ağdam məscidində (FOTO)

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri və beynəlxalq təşkilat rəhbərləri Ağdama səfər çərçivəsində Ağdam məscidində də olublar. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Ağdam məscidini ziyarət edənlər arasında incəsənət xadimləri ilə yanaşı, “Qarabağ” futbol klubu da olub. Qeyd edək ki, nümayəndələr daha öncə Tərtərdə olublar, onlara burada Ermənistan tərəfindən törədilən […]

Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub – Baş Prokurorluq

Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib. Doğrusöztv.Az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm […]

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət təcavüzkar düşmənin işğalı altında saxladığı əraziləri azad edib. Doğrusöztv.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Trend-ə bildiriblər ki, uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə […]

Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib

Yeni Azərbaycan Partiyası Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, YAP-ın etiraz bəyanatında qeyd olunur ki, Avropa demokratiyasının aparıcı dövlətlərindən sayılan Fransanın qanunverici orqanı tərəfindən belə addımın atılmasını suveren Azərbaycan dövlətinə qarşı qeyri-dost münasibət, onun […]

İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir – İtaliyan senator

İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir və İtaliya müharibənin sona […]

“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib

“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü professor Əli Cümədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Rusiya Federasiyası, Azərbaycan və Ermənistan respublikaları arasında imzalanmış tarixi razılaşma nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, bölgədə sülhün […]

Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıblar. Doğrusöztv.Az bu barədə Türkiyə mediasına istinadən məlumat verir. Siyasi partiyaların birgə imzası […]