Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub. Daxili işlər naziri Diosdado Kabello bu barədə “Venezolana de Television” telekanalının efirində bildirib. “Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzələ Araqua, Karabobo, Miranda, Truxilyo və Yarakuy, eləcə də La-Quayra ştatında və Karakasda hiss olunub, çünki zəlzələ güclü olub”, […]
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.Görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.Azərbaycan ilə Türkiyə arasında […]
“Azərikard” kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib. Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib. Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa […]
Kubada Venesuela variantına hazırlıq – “Azadlıq adası”nın “halına yanan gərək” – ŞƏRH
ABŞ-nin Kubaya təzyiqləri davam edir. Ötən gün Ağ Ev Kubada ÜDM-in 40 faizinə nəzarət edən dövlətin beş şirkətinə yeni sanksiya tətbiq edib.“Azadlıq adası”nın Xarici İşlər Nazirliyi yeni yasaqları “amansız təcavüz” adlandırıb. Sanksiyaya məruz qalan Kubanın beş dövlət şirkətindən üçü İnqilabi Silahlı Qüvvələri tərəfindən idarə olunan “Grupo de Administración Empresarial S.A.” […]
Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
Bakının Nərimanov rayonunda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu […]
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
İran Hörmüz boğazından keçən gəmilərdən rüsum, sığorta haqqı və ya hər hansı digər ödəniş tələb etmir. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. “İran ABŞ-a məlumat verib ki, əksini iddia edən saxta media xəbərlərinə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş […]
Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
Pakistanın Azərbaycandakı səfirliyi iyunun 25-26-da işləməyəcək. Bu barədə səfirlik məlumat yayıb. Bildirilib ki, iyunun 25-i Aşura günü və iyunun 26-sı Silahlı Qüvvələr Günü ilə əlaqədar diplomatik missiya fəaliyyət göstərməyəcək.
Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq
ABŞ və İran arasında texniki danışıqlar müvəqqəti fasilədən sonra gələn həftə bərpa olunacaq. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi bu gün keçirilən brifinqdə deyib. “Texniki danışıqlar gələn həftənin əvvəlində bərpa olunacaq. Bu, müvəqqəti fasilədir və danışıqlar prosesi davam etdiriləcək”, – o bildirib. XİN nümayəndəsi qeyd edib […]
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq
Azərbaycanda direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə 29 iyun saat 11:00-dan etibarən başlanılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Namizədlər iyulun 6-sı saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Proses Elm və […]