Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,63 ABŞ dolları və ya 4,95 % azalaraq 69,72 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 68,77 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

Özəl məktəblərin bir çoxunda brend geyimlərin nümayişi situasiyası yaranıb. Bunu dinşünas Elşad Miri “Baku TV”nin “Aktual gündəm” verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı deyib. Onun sözlərinə görə, bu kimi özəl məktəblərdə keyfiyyətli təhsil ikinci plana düşür: “Aydın məsələdir ki, artıq burada şagirdlərə təhsilalan kimi yox, […]

Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb

Türkiyə və Qazaxıstanın Xarici İşlər nazirlikləri Ankarada 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalayıb. Sənəd Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun Türkiyənin xarici işlər naziri Hakan Fidanın və onun qazaxıstanlı həmkarı Yermek Koşerbayevin sədrliyi ilə keçirilən səkkizinci iclasının yekunlarına əsasən imzalanıb. Tərəflər “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər […]

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, ölkənin əksər bölgələrdə fevralın 3-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, […]

Ombudsman gənclərə müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2 Fevral – Gənclər Günü münasibətilə gənclərə müraciət edib. Müraciətdə deyilir ki, Azərbaycan gəncliyi hər zaman dövlətin ali diqqət və qayğısı ilə əhatə olunub. Bildirilib ki, Azərbaycan gəncliyi vətənin taleyini müəyyən edən tarixi məqamlarda öz sözünü deyib: “Vətən müharibəsində gənclərimizin göstərdiyi rəşadət, […]

Sahibkarlıq sahəsində yoxlamaların birdəfəlik dayandırılması təklif olunur

Azərbaycanda müəyyən istisnalarla sahibkarlıq sahəsində yoxlamaların birdəfəlik dayandırılması nəzərdən keçirilməlidir. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə bildirib. “Bəlkə bunu sistem halına salaq? Onsuz da, sahibkarlar 12 ildir ki, yoxlama olmadan öz fəaliyyətlərini davam etdirirlər. Əlbəttə, bu, bir təklifdir, qəbul olunub-olunmayacağını müvafiq strukturlar bilərlər. Amma bu […]

Kolumbiyada “ASAN xidmət” sistemi tətbiq edilə bilər

Kolumbiyada “ASAN xidmət” sistemi tətbiq edilə bilər. Bu barədə Kolumbiya KİV-ləri məlumat yayıb. Kolumbiyanın “Acta Diurna” jurnalı qeyd edir ki, 2026-ci ilin fevralında Kolumbiya İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumunun imzalanmasından bir il ötəcək. Nəşr […]

MM əməyin təhlükəsizliyi ilə bağlı Konvensiyanı ratifikasiya edib

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasını ratifikasiya edib. Bununla bağlı qanun layihəsi parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, konvensiyaya əsasən, hər bir üzv dövlət milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq etməlidir. […]

Səyahətdə qənaət ili: azərbaycanlı turistlərin xarici xərcləri azalıb – ARAŞDIRMA

Ötən il 1 milyon 280 min 787 azərbaycanlı turist xaricdə ümumilikdə 2 milyard 33 milyon 587 min manat vəsait xərcləyib. “Report”un əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 8,3 % azdır. Xərclərin əsas hissəsi nəqliyyat və yerləşmə xidmətlərinin payına düşüb. Belə ki, nəqliyyata 745 milyon 25 min manat […]