Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə […]
Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Afina şəhərində Azərbaycan və Yunanıstan xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib. Görüş çərçivəsində Azərbaycan və […]
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 12-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 […]
Azərbaycanda elektron siqaretlərin reklamı qadağan edilib
Nazirlər Kabineti “Reklamı qadağan olunan əmtəələrin siyahısı”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərarla siyahıdan elektron siqaretlər çıxarılıb, əvəzində nikotin tərkibi olmayan elektron siqaretlər siyahıya əlavə edilib.
Cəbrayılda siqaret istehsal ediləcək
“Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının (Cəbrayıl rayonu) rezidenti statusu verilib. Məlumata görə, yeni rezident adından göründüyü kimi tütün məmulatları (siqaret) istehsal edəcək. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda […]
Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
Bakıda keçirilən WUF13 çərcivəsində gün ərzində 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.Bu barədə Prezident İlham Əliyevə Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib. Bildirilib ki, ayrılan ərazidə müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Qeyd edək […]
Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək
Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlər zamanı 8 dil üzrə sinxron tərcümə təmin ediləcək.Bu barədə Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib. Bildirilib ki, tədbirlərdə BMT-nin 6 rəsmi dili – ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan […]
Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni seçilmiş patriarxını təbrik edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Təbrikdə bildirilib ki, Mitropolit Şionun (Elizbar Muciri) Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Katolikos-Patriarx seçilməyi bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirib. Təbrikdə mərhum Katolikos-Patriarx II İlyanın […]
Sahibə Qafarova: Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub
Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın siyasi və hərbi potensialı bu müddət ərzində artıb: “Bu isə xalqımızın və dövlətimizin mühüm problemlərinin həllinə gətirib çıxarıb. Müzəffər Ali Baş […]
Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.Bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə […]