“Daxili Qoşunların hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Hazırda Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu gün keçirilən komitə […]
Fransada siyasi böhran dərinləşir – Makron istefa verə bilər
Fransada hökumətin istefasından sonra prezident Emmanuel Makron üçün yeni baş nazir təyin etmək və parlamentdə dəstək qazanmaq çətinləşib. “The New York Times” yazır ki, bu vəziyyət Makronun siyasi mövqelərini zəiflədə və hətta onun istefası ilə nəticələnə bilər. Qanunvericilik orqanında üç əsas blok var,solçular, sağ-mərkəzçi koalisiya və ifrat sağçılar parlamentin işini […]
Hava limanı: Nizamsız taksi fəaliyyəti sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır
Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədlərindən biri sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir. Bu barədə Aeroportun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, bir çox ölkələrdə olduğu kimi, hava limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas məkandır. “Lakin bəzən qonaqlar hava limanında rəsmi […]
Zelenski: Putin Uitkoffa Donbası ilin sonuna qədər alacağına söz verib
Putin ilin sonuna qədər Donbası almaq istəyir, bu, Rusiyaya iki və ya üç milyon insanın həyatına başa gələcək. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABC News-a müsahibəsində deyib. “O (Putin), amerikalılara, Ağ Evə və Prezident Trampın nümayəndəsi Uitkoffa Donbası ilin sonuna qədər maksimum iki-üç ayda alacağını söyləyib”, – Zelenski bildirib. […]
Sabah Masallıda 10 mindən çox abonentin qazı kəsiləcək
Sabah Masallı rayonunun bir sıra kəndlərinin, ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb Masallı rayonu ərazisində yerləşən sənaye və əhali qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılmasıdır. Bu məqsədlə […]
Bakı–Sumqayıt yolunda avtoqəza olub, tıxac yaranıb
Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib […]
Bakının Xətai prospektində təmir işlərinə başlanılıb
Bakının Xətai prospektində təmir işlərinə başlanılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik hissəsini əhatə edir. Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir. Layihə […]
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib. Onun sözlərinı görə, Zəngəzur dəhlizi çox ciddi əhəmiyyətə malikdir. S.Qafarova Vaşinqton razılaşmasının ardınca beynəlxalq ictimaiyyətin də […]
İran parlamenti qapalı toplantı keçirir
İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə İslam Respublikası parlamentinin qapalı iclası keçirilir. Məlumatı SNN.İR yayıb. Məlumata görə, tədbirdə iqtisadi məsələlər də daxil olmaqla ölkə həyatının vacib və fundamental problemləri, onların həlli üzrə qəbul olunmuş qərarların müzakirə olunacağı gözlənilir. Mütəxəssislər ehtimal edirlər ki, toplantıda İranın ABŞ ilə danışıqları, Böyük Britaniya, Almaniya […]
Prezident: Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir. “Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın […]