Uşaq qidasında çirkləndirici aşkarlanıb İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb. Bu barədə APA-ya AQTA-dan məlumat verilib. AQTA-ya bildiriş daxil olub Bildirilib ki, çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida […]
Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı
2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edilib. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik […]
Bakıda 5 nəfər dəm qazından öldü – Birinin 10 yaşı var – Yenilənib
Bakıda daha iki nəfər dəm qazından ölüb. 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb. Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib. Oxşar hadisə Binəqədi rayonunda da baş verib. 2006-cı il təvəllüdlü Fərəc Nazim oğlu Rzayev dünən yaşadığı […]
Qrenlandiyanın hər sakininə 1 milyon dollar vəd edir – Bir şərtlə
Qrenlandiyanın ABŞ-yə birləşməsinə səs verərlərsə, adanın hər bir sakininə 1 milyon dollar verilə bilər. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp adanın ölkəsinə qatılması müqabilində yerli əhaliyə belə bir təklif etmək niyyətindədir. Lakin siyasətçinin bu ideyanı hələ nəzərdən keçirdiyi bildirilir. Qeyd edək ki, Danimarka […]
“Azeri Light” bu gün neçəyə satılır?
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,44 ABŞ dolları və ya 2,08% azalaraq 67,95 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötən gün neftimiz 69,39 ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 […]
Prezident “Qarabağ”ı belə təbrik etdi – “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq…”
Prezident İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində parlaq qələbə qazanması münasibətilə təbrik edib.Həmin paylaşımı təqdim edirik: “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm […]
Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşir
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan “Təhsil haqqında” qanuna görə, sosial müdafiəyə […]
Paşinyan: Bu gün Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür
Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür. APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda deyib. O qeyd edib ki, 21 yanvar 2026-cı ildə Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür. Paşinyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına istinad edərək bildirib ki, Ermənistan və […]
“Moody’s” Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan hökuməti üzrə kredit profilinə dair rəyini yeniləyib. Agentlik ölkənin suveren kredit reytinqini Baa3, proqnozu isə “müsbət” səviyyəsində göstərir. Moody’s-in qiymətləndirməsinə əsasən, Azərbaycanın kredit profili iri həcmdə xalis kreditor mövqeyi ilə dəstəklənir. Bu mövqe hökumət üçün əhəmiyyətli maliyyə buferi yaradır, dövlətin likvidlik imkanlarını gücləndirir və xarici […]
Bakıda 2 nəfər prokurorluqdan xaric edilib, 1 nəfər vəzifədən azad olunub
Ötən il Bakıda xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunub. Bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib. Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər […]