Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində qonağın Kamran Əliyevlə təkbətək görüşməsi nəzərdə tutulub. Həmçinin iki ölkənin prokurorluq orqanları arasında Əməkdaşlıq Proqramı imzalanması gözlənilir.

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Rusiya qoşunları Ukraynanın Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 5 nəfər ölüb, daha 63 nəfər isə yaralanıb. Bu barədə hər iki vilayətin hərbi administrasiyalarının rəhbərləri bildiriblər. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, ötən sutka ərzində Xerson şəhəri də daxil olmaqla 37 yaşayış məntəqəsi Rusiyanın zərbələrinə məruz […]

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bunu Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciətində bildirib. Qurum bəyan edib ki, bu addım həm ekoloji, həm də aqrotexniki baxımdan olduqca zərərlidir. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını və əhalinin yaşadığı əraziləri əhatə edərək ciddi ekoloji problemlərə yol açır. Torpağın münbitliyinə və […]

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

ABŞ-nin həyata keçirdiyi hərbi zərbələrə baxmayaraq, İran hələ də müəyyən sayda raket və pilotsuz uçuş aparatı, eləcə də məhdud silah istehsalı imkanlarına malikdir.  ABŞ Prezidenti Donald Tramp bu barədə Vaşinqton yaxınlığındakı jurnalistlərə açıqlamasında deyib. “Onların bəzi raketləri, dronları və müəyyən istehsal gücü var, amma çox deyil”, – deyə ABŞ Prezidenti […]

FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin vəzifədən azad edilməsi ehtimalını nəzərdən keçirir. Bu barədə “Financial Times” Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu həftəsonu Zelenski cəbhədəki vəziyyət barədə məlumat almaq üçün hərbi komandirlərlə görüşlər keçirəcək. O, həmçinin Ukrayna ordusunun baş komandanı vəzifəsinə potensial […]

ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) kollektivi Agentliyin təsis edilməsinin 28-ci ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.  Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar. Ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, […]

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

Bakıda iyulun 19-da havanın 33 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, […]

Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik

Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışını əks etdirən tarixi təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı ən yüksək səviyyədədir. Bunu Anqolada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının “Sülhə çağırış, Müharibələrə son qoyulması və […]

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Bəhreyn Müdafiə Qüvvələri İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib. Bu barədə Bəhreyn Silahlı Qüvvələri Baş Komandanlığının bəyanatında bildirilib. “Baş Komandanlıq təsdiq edir ki, bütün silah sistemləri və bölmələri ən yüksək hazırlıq vəziyyətindədir və Krallığın müdafiəsinə tam hazırdır”, – Silahlı Qüvvələrin bəyanatında qeyd olunub. Bəyanatda həmçinin vurğulanıb ki, mülki […]

HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Təməl dalğıc kursu”nun buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Buraxılış mərasimində çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar. Qeyd […]