Növbəti üç gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından […]

İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif edib

İraq iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artması fonunda Ərbil şəhərində Azərbaycanın konsulluğunun açılmasını təklif edib. Bunu İraqın XİN rəhbəri Fuad Hüseyn Bağdadda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. F.Hüseyn qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı daim artır: “Hər il İraqdan Azərbaycana və əksinə […]

Paşinyanın hədəfi: Regionları ələ keçirməklə seçkilərə rahat getmək – ŞƏRH

Ermənistanın daxili siyasətində müxalifətlə iqtidar arasındakı gərginlik getdikcə daha sərt fazaya qədəm qoyur. Gümrü şəhərinin bələdiyyəsinə keçirilən seçkilərdə müxalifətin qələbə əldə etməsi müxalif düşərgəni daha da ruhlandırıb. Bunu son dövrlər aktivləşən bütün siyasi qruplaşma və partiyaların, blokların açıqlamalarından da görmək mümkündür. Hətta “Şərəfim var” bloku baş nazirin impiçmentini təklif edən […]

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban bayramı günlərində –  iyunun 6-9-da sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən […]

AFFA iki klubun rəsmilərini 5 oyunluq cəzalandırıb

AFFA Region Liqasında və U-10 Liqasında çıxış edən klubların rəsmilərini 5 oyunluq cəzalandırıb. Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub. AFFA Region Liqasında keçirilən “Çinar Zəngilan” – “Xankəndi” matçı bitdikdən sonra meydan sahiblərinin adı protokolda qeyd edilməyən nümayəndəsi Anar Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə […]

Şahbaz Şərif Pakistan Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin kəskinləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.Bu barədə Baş nazirin ofisi məlumat yayıb. İclasda ordu rəhbərliyi də iştirak edir. İclasın sonunda Ş.Şərifin xalqa müraciət edərək gələcək addımları elan edəcəyi gözlənilir.

Pakistan ordusu Hindistanı Kəşmirdəki SES-ə hücumda ittiham edib

İslamabad Hindistanı Kəşmirdəki Su Elektrik Stansiyasına (SES) hücumda ittiham edib. Bu barədə “Samaa” telekanalı məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində stansiya zədələnib. “Hindistan “Neelum Jhelum” SES-ə zərbə endirərək onu zədələyib”, – Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri telekanala bildirib.

Rəqəmsallaşan media: Yeni imkanlarla yanaşı artan təhlükələr

Son illər media məkanında rəqəmsallaşma prosesi sürətlə inkişaf edir. Bu tendensiya informasiya istehsalında və yayımında çevikliyi, əlçatanlığı artırsa da, eyni zamanda bir sıra təhlükələri də özü ilə gətirir. Xüsusilə müstəqil media qurumları bu prosesdə daha həssas vəziyyətdədir.2025-ci ilin fevralında “Global Media Group”a daxil olan media resurslarına qarşı həyata keçirilən kiber […]

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,31 ABŞ dolları, yaxud 2,06 % artaraq 64,94 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 62,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]