İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif edib

Oxunma vaxtı:26 Saniyə

İraq iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artması fonunda Ərbil şəhərində Azərbaycanın konsulluğunun açılmasını təklif edib.

Bunu İraqın XİN rəhbəri Fuad Hüseyn Bağdadda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

F.Hüseyn qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı daim artır: “Hər il İraqdan Azərbaycana və əksinə gedən nümayəndə heyətlərinin sayı artır. Əvvəllər Bakı Bağdad, Ərbil və Nəcəf ilə birbaşa reyslərlə bağlı idi. Bu baxımdan, bu gün danışıqlarda biz hava əlaqələrinin bərpasını təklif etdik. Həmçinin Azərbaycanın Ərbil şəhərində konsulluğunun açılmasının vacibliyini qeyd etdik”.

Loading

Next Post

Növbəti üç gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından […]