Növbəti üç gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:18 Saniyə

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib

Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır. Bu barədə Serbiya mətbuatı məlumat yayıb. Qeyd olunub ki, Vuçiçin təyyarəsi  Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib. Hazırda təyyarə Rusiyaya uçuşun davam etdirilməsi üçün icazə gözləyir. Daha əvvəl AZAL-ın Bakıdan Moskvaya uçan təyyarələrinin […]