Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

Oxunma vaxtı:43 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,31 ABŞ dolları, yaxud 2,06 % artaraq 64,94 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 62,74 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,37 ABŞ dolları və ya 2,21 % artaraq 63,34 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Rəqəmsallaşan media: Yeni imkanlarla yanaşı artan təhlükələr

Son illər media məkanında rəqəmsallaşma prosesi sürətlə inkişaf edir. Bu tendensiya informasiya istehsalında və yayımında çevikliyi, əlçatanlığı artırsa da, eyni zamanda bir sıra təhlükələri də özü ilə gətirir. Xüsusilə müstəqil media qurumları bu prosesdə daha həssas vəziyyətdədir.2025-ci ilin fevralında “Global Media Group”a daxil olan media resurslarına qarşı həyata keçirilən kiber […]