Azərbaycan İtaliya və Sloveniyanın “Black Sea Energy” layihəsinə qoşulacağına ümid edir

Azərbaycan İtaliya və Sloveniyanın “Yaşıl Enerji Dəhlizi” layihəsinə (“Black Sea Energy”) qoşulacağına ümid edir. Bunu Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” adlı konfransda bildirib. “Bu gün Azərbaycan əməkdaşlıq üçün getdikcə daha cəlbedici ölkəyə çevrilir. Əgər xəritəyə nəzər salsaq, görərik ki, Avropanın Asiya, Çin və Mərkəzi Asiya […]

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranının fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bilidirlib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı […]

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir: “Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq”.

TƏBİB Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub. Bununla bağlı TƏBİB rəsmi məlumat yayıb. Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə həmin vəzifənin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib. Xatırladaq ki, V.Qurbanov 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. […]

Azərbaycan və Ermənistanın delimitasiya üzrə Dövlət komissiyaları yaxın zamanda yeni görüş keçirəcək

Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının növbəti görüşü yaxın zamanda keçiriləcək. Bunu Ermənistan-Azərbaycan “Sülh körpüsü” təşəbbüsünün iştirakçısı Narek Minasyan bildirib. Onun sözlərinə görə, bundan əvvəlki görüş Azərbaycan ərazisndə baş tutduğu üçün növbəti görüş Ermənistanda keçiriləcək. “Yaxın vaxtlarda iki ölkənin sərhədin demarkasiyası üzrə komissiyalarının görüşü planlaşdırılır. […]

Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində üçotaqlı mənzilin mətbəxində […]

Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ucarda vətəndaş qəbulu keçirəcək. Məcnun Məmmədov fevralın 20-də saat 09:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, […]

Sabah 23 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycanda fevralın 17-də havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın […]

Sabah 1 şəhər və 3 rayonda 73 mindən çox abonentin qazı olmayacaq

Sabah İmişli, Saatlı, Sabirabad rayonlarının, həmçinin Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən diametri 530/377/325 mm-lik “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində korroziya olan hissələri təmir ediləcək. Bu məqsədlə saat 09:00-dan […]

Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır

Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb. Belə ki,rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalından aşkarlanıb. Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil […]