Bakıda “Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Bakıda baş tutmuş 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə verilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumatda bildirilib ki, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Dövlət Yol Polisi İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Formula 1 yarışının təşkilat komitəsi tərəfindən görülən işlərə uyğun olaraq yolların tam açılması təmin olunacaq:

“Bu müddət ərzində məhdudiyyət tətbiq olunan yollarda mərhələli formada bağlanan küçələrin açılması təmin olunur”.

Loading

Next Post

Nazir: “Azərbaycanda rus bölməsi üzrə siniflərin bağlanması müzakirə mövzusu deyil”

“Azərbaycanda rus bölməsi üzrə siniflərin bağlanması ilə bağlı məsələ müzakirə mövzusu deyil”. Dogrusoztv.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, hazırda tədrisi digər dillərdə aparılan məktəblərin I siniflərinə şagird qəbulu prosesi davam edir.