Vilayət Eyvazov Elman Parlanovu yeni vəzifəyə təyin etdi

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Daxili işlər orqanlarında daha bir təyinat olub.

Dogrusoztv.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.

Digər əmrlə E.Parlanov Daxili İşlər Naziliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Parlanov daha əvvəl Çevik Polis alayında komandir vəzifəsində də çalışıb.

Loading

Next Post

Ruslar "Putinin istefası"nı tələb etdilər - FOTOLAR

Rusiyada Çitada bahalaşmaya qarşı keçirilən mitinqdə fəallar qətnamə layihəsinə Rusiya prezidenti Vladimir Putinin istefası ilə bağlı bəndin daxil edilməsini təklif ediblər. Bu barədə “Siberia.Realities” məlumat yayıb. Mitinq iştirakçıları hakimiyyəti yüksək qiymətlərə və aşağı maaşlara diqqət yetirməyə çağırıblar.Çitadan olan Vladimir Mironiçev də Rusiya prezidenti Vladimir Putinin istefası ilə bağlı məsələnin qətnamə […]