Şirvan Şəhər Polis İdarəsinin rəisi Hikmət Quliyev təqaüdə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
H.Quliyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə ailə qururlar. Bir neçə gün öncə rəsmi nikaha girən cütlük 28 May Respublika Günündə toy mərasimi keçirəcək. Qeyd edək ki, Nurlan Əliyev ATV, “Space”, həmçinin “Lider” TV-də, Aysel Fərziyeva isə […]