Malayziya Kralı İlham Əliyevi təbrik edib

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda bildirilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Kraliça adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası daha güclü iqtisadi tərəqqiyə nail olacaqdır.

Məmnuniyyətlə qeyd edirik ki, Malayziya ilə Azərbaycan arasında səmimi münasibətlər bundan sonra da davam edəcəkdir. Ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlığın xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirik.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına, onun xalqına sülh və firavanlıq bəxş etsin”.

Loading

Next Post

"Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb" - Mikayıl Cabbarov

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib. ““Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və dövriyyələrin şəffaflaşdırılması istiqamətində həyata keçirilən islahatlar qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının əhəmiyyətli artımına səbəb olub”, – nazir yazıb.