Bakı meri Elman Fətiyevə yeni vəzifə verdi

Oxunma vaxtı:22 Saniyə

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktor vəzifəsini Fətiyev Elman Yaşar oğluna həvalə edib.

Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğundan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktoru Ayaz İmaməliyev sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Elman Fətiyev buna qədər Bakı Şəhər Eksperiza Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Loading

Next Post

Məşhur nəşr Azərbaycan ordusunun uğurlarından yazdı

İkinci Qarabağ müharibəsi döyüş əməliyyatları zamanı zirehli texnikanın istifadə olunmasının tərəfdarları və əleyhdarlarına müzakirələr üçün bir sıra mövzular təqdim edib. “Unikal” xəbər verir ki, bu barədə “The Washington Post” qəzetində dərc olunan məqalədə deyilir. “Rusiya tankları məğlubiyyətə uğrayır. Müasir döyüş meydanında onlara yer varmı?” adlı məqalədə müəllif yazır ki, Rusiya-Ukrayna münaqişəsi […]