Başa çatan 2021-ci ildə Şəki rayonunda yol hərəkətinin təhlükəsizliyi etibarlı təmin olunub

Oxunma vaxtı:2 Dəqiqə, 55 Saniyə


Bu gün polisin öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb, şəxsi heyət dövlətin qayğısı ilə əhatə olunub. Yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, xeyli sayda radar, videokamera, nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.


İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılır, daxil olmuş sorğu və müraciətlər operativ qaydada cavablandırılır. Cənab nazir Vilayət Eyvazov və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməkdaşlardan tələb edirlər ki, hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir. Nazir və idarə rəisi başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirirlər.


Təcrübəli polis zabiti Şaxmil Uluxanovun rəhbəri olduğu Şəki şəhər – rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına nəzarət yüksək səviyyədə təşkil edilib. 2019-cu il martın 30-da nazirin əmri ilə Şəki DYP-nin rəisi təyin olunan polis mayoru Şəhmir Uluxanov daha işlədiyi Balakən DYP-nin inzibati təcrübə üzrə baş inspektoru vəzifəsini də qüsursuz yerinə yetirdiyinə görə irəli çəkilmişdir.

Cinayətkarlıqla mübarizə, ictimai asayişin pozulması hallarının qarşısının alınması, yol hərəkətinin təhlükəsizliyinin təmini işində ayıq-sayıq olan Şəki ŞRPŞ –nin DYP Bölməsi 2021-ci ildə «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Baş DYP İdarəsinin təbliğatla bağlı müvafiq Tədbirlər Planı çərçivəsində uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” adlı rəsm müsabiqələri təşkil etmiş, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması məqsədi ilə reydlər keçirmiş, sürücülərə, keçirilən tədbirlərin ekoloji duruma müsbət təsiri barədə ətraflı məlumat verilmişdir.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin yol hərəkəti qaydalarına düzgün əməl etmələri məqsədilə rayonun təhsil müəssisələrində “Yol hərəkəti təhlükəsizliyində piyadaların rolu” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirmişdir. Şəki rayonu ərazisində yeniyetmə və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər daha da gücləndirilmiş və görülən işlər müsbət nəticə vermişdir.


KİV nümayəndələri olaraq “Doğru Söz” Milli İnformasiya Agentliyinin əməkdaşları Şəkidə apardıqları monitorinqlər, əhali arasında keçirdikləri rəy sorğusu nəticəsində məlum olmuşdur ki, rayonda hərəkət iştirakçıları, həm sürücülər, həm də piyadalar yol polisinin fəaliyyətini təqdir edir, DYPB rəisi Şəhmir Uluxanovun xidmətlərini yüksək qiymətləndirirlər. Xidmətləri alqış doğuran, rəğbət qazanan yol polisi əməkdaşları arasında Azər Quliyevin, Bəhruz Səfərovun da adları çəkilir.
İnanırıq ki, qüvvədə olan qanun və qaydalara, rəhbərliyin əmr və tövsiyələrinə layiqincə əməl edən Şəki ŞRPİ-nin DYP Bölməsinin şəxsi heyəti yeni 2022-ci ildə də daha şövqlə çalışacaq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqlə gələcəklər.

Seyid İsmayıl Abbasov, Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru,
Malik Mustafayev, “Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktor müavini

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Allahın sevimli bəndəsi Qənbər Şəmşiroğlu Haqq dünyasına qovuşdu

2021-ci il dekabrın 29-dan 30-na keçən gecə Dədə Şəmşir ocağının davamçısı, övladı, şair, yazıçı-publisist, ictimai xadim, Kəlbəcərin çox dəyərli ağsaqqalı Qənbər Şəmşiroğlu Haqq dünyasına qovuşmuşdur.Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri[ və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə”, […]