Xətai rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,2 milyon manat ayrılıb – SƏRƏNCAM

Oxunma vaxtı:28 Saniyə

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Aİ Azərbaycanın regionda roluna yüksək qiymət verir

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində maraqlıdır. Azərbaycan Respublikası xarici siyasətində Qərblə, Avraatlantik strukturlarla əlaqələrin genişləndirilməsi istiqamətində olduqca mühüm işlər həyata keçirib. Avropa İttifaqının özü də Azərbaycanla qurduğu yaxın əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olub. Bu baxımdan da Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin məqaləsində də […]