Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib

Oxunma vaxtı:27 Saniyə

İyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.
Qeyd olunub ki, dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Borclunun banklardakı hesabına həbs qoyulması nə deməkdir?-AÇIQLAMA

Borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyulması ilə bağlı dəyişiklik “İcra haqqında” qanunda öz əksini tapıb. Qanuna əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” qanuna uyğun olaraq əldə edilir və onların üzərinə icra sənədinin icrası […]