Səfir Elxan Poluxov Braziliyanın Təhsil naziri ilə görüş keçirib

Oxunma vaxtı:1 Dəqiqə, 7 Saniyə

Cari ilin 23 mart tarixində səfir Elxan Poluxov Braziliya Federativ Respublikasının Təhsil naziri Milton Ribeiro ilə görüş keçirib.

Doğrusöztv.Az bildirir ki, Azərbaycanın Braziliyadakı Səfirliyindən verilən məlumata görə, görüş zamanı səfir, ölkəmizdə təhsil sahəsinə verilən diqqət, aparılan geniş islahatlar, əhalinin demək olar ki tam əksəriyyətinin təhsili olduğu və bu sahənin dövlət üçün prioritet olduğunu bildirib. Ölkədə dövlət tərəfindən maliyyələşən məktəb və universitetlərlə yanaşı özəl təhsil müəssisələrinin fəaliyyət göstərdiyi də diqqətə yetirilib. Qeyd olunub ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yüzlərlə xarici tələbələr təhsil alır və bu da ölkəmizdə təhsilin səviyyəsinin yüksək olduğunun göstəricisidir. Bununla yanaşı Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzv dövlətlərinin vətəndaşları üçün təhsil təqaüdü ayırır və onlarla insanlar bu imkandan yararlanır. Braziliyaya gəldikdə bildirilib ki, Rio de Janeyro şəhərində Azərbaycanın adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərir. Bununla yanaşı, Braziliyanın bir neçə universitetlərində Azərbaycanın mültikulturalizm modelinə həsr edilmiş tədris kursları tətbiq olunur və hər iki ölkənin təhsil, tədqiqat və beyin mərkəzləri arasında faydalı əməkdaşlıq qurulmaqdadır.

Öz növbəsində, M.Ribeiro verilən məlumatlara görə qonağa təşəkkürünü bildirib, rəhbərlik etdiyi sahə üzrə ölkəmiz ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Bildirilmişdir ki pandemiya dövründə təhsil sahəsi müxtəlif çətinliklərlə üzləşir və bununla əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi çox vacibdir. Həmçinin təhsil sahəsinin digər aspektlərinin də əhatəsi üçün ölkələr arasında müvafiq hüququ sənədin imzalanmasının zəruriliyi vurğulanmışdır. Sonda qarşılıqlı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Şəfəq-Asiman" yatağında ilk qaz-kondensat ehtiyatları aşkar olunub

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılmış və ilk qaz-kondensat ehtiyatları aşkar edilmişdir. Doğrusöztv.Az-ın məlumatına görə, SOCAR-dan verilən məlumata görə, bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb. Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı […]