Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun (TsNİİmaş) ərazisində yanğın baş verib.

Bu barədə “İzvestiya” operativ xidmətlərə istinadən məlumat yayıb.

İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisənin texnogen xarakter daşıdığı bildirilir.

Məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, TsNİİmaş Rusiyanın raket-kosmik sənayesinin əsas müəssisələrindən biridir. İnstitut ballistik raketlər, peyk kəşfiyyatı və naviqasiya sistemləri, kosmik texnikanın hazırlanması, sınaqları və istismarı ilə bağlı elmi tədqiqatlar aparır.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq […]