Kallas Rusiyanın atəşkəsini “riyakar addım” adlandırıb və Aİ-nin yeni sanksiyalarını anons edib

Oxunma vaxtı:53 Saniyə


Moskvanın elan etdiyi atəşkəs Rusiyada hərbi paradın keçirilməsinə imkan yaratmağa yönəlmiş “riyakar” bir addım olub, Rusiya qüvvələri isə bu zaman Ukraynadakı mülki obyektlərə hücumları davam etdirirdi.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

O qeyd edib ki, Ukrayna atəşkəs rejiminə əməl edib, Rusiya isə yox.

“Ukrayna, ilkin şərtlər olmadan irəli sürülən əvvəlki atəşkəs təkliflərində olduğu kimi, atəşkəsə əməl etdi. Rusiya isə faktiki olaraq etmədi”, – Kallas deyib.

Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri bu gün ukraynalı uşaqların Rusiyaya deportasiyasında iştirak edən şəxslərə qarşı sanksiyalar məsələsində irəliləyişə nail olmağı planlaşdırırlar.

Kallas ukraynalı uşaqlarla bağlı vəziyyəti “dəhşətli” adlandırıb və vurğulayıb ki, Aİ onların qaytarılmasına həsr olunmuş ayrıca yüksək səviyyəli tədbir keçirəcək.

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Rusiya ilə danışıqlarda Aİ-nin nümayəndəsi təyin olunmasının mümkünlüyü barədə sualı cavablandırarkən, Kallas belə bir ideyanı rədd edib.

“Əgər biz Rusiyaya bizim adımızdan danışıqlar aparan şəxsi təyin etmək hüququ versək, bu, o qədər də ağıllı addım olmazdı”, – o bildirib.

O əlavə edib ki, Şröder “Rusiya dövlət şirkətlərinin yüksək vəzifəli lobbisti olub”

Loading

Next Post

Sabah Azərbaycanda 30 dərəcə isti olacaq

Azərbaycanda mayın 12-də havanın 30 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm […]