Ermənistanda seçkilərdən sonrakı proseslər etiraz və qarşıdurmalar vəd edir

Oxunma vaxtı:1 Dəqiqə, 9 Saniyə

Ermənistanda seçkilərdən sonra baş verən proseslər ölkədə siyasi gərginliyin daha da dərinləşəcəyini, etiraz və qarşıdurmaların baş verəcəyini istisna etmir.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclsin deputatı Afət Həsənova deyib.

Deputat bilirib ki, erməni mətbuatının yaydığı məlumatlardan aydın olur ki, seçkilər xeyli sayda saxtakarlıqla və qanun pozuntuları ilə keçib, çoxlu sayda şikayət var və qanun pozuntusu hallarının artacağı dəqiqdir: “Seçkilərdə iştirak edən siyasi qüvvələr arasında gərginlik getdikcə artmaqdadır. Əli Azərbaycan xalqının qanına bulaşmış Koçaryan seçkilərin nəticələrini qəbul etməyəcəyini bəyan edib. Baxmayaraq ki, Paşinyandan sonra Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku ən çox səs toplayan siyasi qüvvədir, onun seçkilərin nəticələrini tanımayacağını bəyan etməsi Erməmistanda ciddi siyasi gərginliyin və qarşıdurmaların baş verəcəyindən xəbər verir.

Məlumdur ki, Ermənistandakı siyasi qüvvələr müstəqil deyil və onlar xarici dairələr tərəfindən idarə olunur. Görünür, Koçaryanın havadarları onun seçkilərdə məğlubiyyəti ilə razılaşmır və Ermənistanda daha böyük təsir imkanları əldə etmək, hakimiyyətdə daha böyük qüvvə ilə təmsil olunmaq niyyətindədirlər. Bu baxımdan, onların sakit dayanacaqları və seçkilərin nəticələrini asanlıqla qəbul edəcəkləri mümkünsüz görünür. Seçkilərin nəticələrini qəbul etməmək isə əlbəttə ki, etiraz aksiyaları, qarşıdurmalar ilə ifadə olunacaq. Bu mənada, Ermənistanda revanşist və eksterimist qüvvələrin ölkəni qarşıdurmaya və ya vətəndaş itaətsizliyinə sürükləyəcəyi istisna deyil”.

Deputat vurğulayıb ki, bütün bu hadisələr Ermənistan dövlətçiliyini ciddi təhlükə qarşısında qoyur: “Siyasi böhranla yanaşı, dərin sosial-iqtisadi böhran yaşayan Ermənistanda siyasi gərginliyin daha da dərinlşməsi ölkədə vətəndaş qarşıdurmasının baş verəcəyi mümkünlüyünü daha da artırır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sərhəd mühafizəsi sahəsində Azərbaycan-Pakistan birgə əməkdaşlığı müzakirə edilib (FOTO)

İyun ayının 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Doğrusöztv.Az xəbər verir ki, DSX-dən  bildirilib ki, Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş rəsmi qarşılanma mərasimindən […]