Horadiz-Mincivan-Ağbənd yolu 2023-cü ildə istifadəyə veriləcək

Oxunma vaxtı:43 Saniyə

Hazırda Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan-Ağbənd dəmir yolunun tikintisi uğurla davam etdirilir. Hər iki layihəni firmamızın keyfiyyətinə uyğun olaraq zamanında təhvil verərək, azərbaycanlı qardaşlarımızın istifadəsinə verəcəyik.

Doğrusöztv.Az Milli.Az -ə istinadən bildirir ki, bunu layihələrin icrasını həyata keçirən “Kalyon Holding”in Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım bildirib.

N.Yıldırım bildirib ki, bu layihəni ən keyfiyyəti və ən uyğun zamanda həyata keçirmək üçün planlar hazırlanıb:

“Avtomobil yolu 124 km, dəmir yolu 114 km-dir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yolların mənəvi olaraq çox böyük önəmi var. Bildiyiniz kimi, bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 km-lik yollarla İğdırdan Bakıya birbaşa bağlanacaq ən vacib ticarət və turizm yolu olacaq. Biz komandamızla buradayıq, işi vaxtında çatdırmaq üçün hər cür hazırlığı görürük. Avtomobil yolunu 2023-cü ilin iyun ayında bitirməyi planlaşdırırıq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Birinci vitse-prezident Mehriban Əliyeva: Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, paylaşımda deyilir: Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq […]