Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! – FOTO

Oxunma vaxtı:27 Saniyə

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında 28 May – Respublika Günü ilə bağlı paylaşım edib.

Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!”

Məqaləyə dair fotomateriallar:

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistan Naxçıvan istiqamətində atəş açdı: bir hərbçimiz yaralandı

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin […]