Müdafiə naziri Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Oxunma vaxtı:31 Saniyə

Aprelin 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu vurğulanıb.
Səfirlə əvvəlki görüşlərini xatırlayan Müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir görüşə görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev (ÖZƏL) (VİDEO)

Azərbaycan ənənəvi olaraq türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayır. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev deyib. Onun sözlərinə görə, Türk Şurası Azərbaycan torpağı Naxçıvanda yaradılıb və Türk Şurası müqaviləsi Naxçıvan sazişi adlanır: “Türk Şurasının fəaliyyətinin ilk günlərindən Azərbaycan diqqət […]